
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin “Qalatasaray”a keçidi baş tutmaya bilər.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “cim-bom” almaniyalı qolkiper üçün transfer haqqı ödəmək niyyətində deyil.
“Qalatasaray” Ter Ştegendən “Barselona” ilə müqaviləsini ləğv etməsini istəyib ki, onu azad agent kimi heyətinə qata bilsin.
İstanbul təmsilçisi 33 yaşlı futbolçuya hazırda kataloniyalılarda aldığı maaşın yalnız yarısını təklif etməyə hazırdır.
Ter Ştegen son mövsümdə ümumilikdə 9 oyunda meydana çıxıb və yalnız bir qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.