“Qalatasaray”ın ən böyük problemi budur - Çox pul istəyirlər

01:40 Türkiyə 392
“Qalatasaray”ın ən böyük problemi budur - Çox pul istəyirlər

“Napoli”nin forvardı Viktor Osimhen daimi olaraq “Qalatasaray”a keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin aparıcı klublarının son üç-dörd gündə futbolçu üçün mübarizəsinə baxmayaraq, “Qalatasaray” öz nikbinliyini qoruyur.

Türkiyə klubunun Osimhenə illik 15-20 milyon avro maaş təklif etdiyi bildirilib. Bununla belə, ən böyük problem 75 milyon avro təşkil edən sərbəst buraxılma maddəsi olaraq qalır.

26 yaşlı forvard 2024/25 mövsümünü icarə əsasında “Qalatasaray”da keçirib. O, Türkiyə klubunun heyətində 41 oyunda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü