
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Fənərbaxça”ya keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu ingiltərəli futbolçu üçün “Mançester Siti”yə rəsmi təklif göndərib.
Müdafiəçi mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirsə də, İtaliya klubu futbolçunu almaqdan imtina edib.
Uolker 2017-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. 35 yaşlı futbolçu bu müddət ərzində 319 oyun keçirib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib.