Neymara 1 illik müqavilə təklifi göndərdi - “Fənərbaxça”

13 İyun 18:40 Türkiyə 610
Neymara 1 illik müqavilə təklifi göndərdi - “Fənərbaxça”

“Santos”da çıxış edən Neymar karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Sportinfo.az “Fanatik”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Fənərbaxça” maraqlıdır.

İstanbul təmsilçisi Neymara bir illik müqavilə təklif edib və anlaşmanın daha bir mövsüm uzadılması imkanı da nəzərdə tutulur.

Onun “Santos”la müqaviləsində Avropa klublarına sərbəst keçidə imkan verən xüsusi bənd var.

33 yaşlı forvard son mövsümdə bütün turnirlərdə 14 oyunda iştirak edib, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti