Türkiyə millisinin heyətində ciddi itkilər var.
Sportinfo.az xəbər verir ki, “Trabzonspor”un qapıçısı Uğurcan Çakır, “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu və “Beşiktaş”ın hücumçusu Mustafa Hekimoğlu heyətdən kənarlaşdırılıb.
Bildirilib ki, hər üç futbolçu zədəlidir.
Baş məşqçi Vinçenso Montella “Qalatasaray”ın yarımmüdafiəçisi Ahmed Kutucunu heyətə daxil edib.
Türkiyə millisi ABŞ-də toplanış keçəcək. “Ay-ulduzlular” burada ABŞ, daha sonra Meksika ilə yoxlama oyununda üz-üzə gələcək.

