Azərbaycanın tanınmış şirkəti pula “güllə atan” klubu himayəsinə götürür?

3 İyun 00:30 Türkiyə 1 483
Azərbaycanın tanınmış şirkəti pula “güllə atan” klubu himayəsinə götürür?

Türkiyə mətbuatında SOCAR-ın III Liqa komandası “Altay”ın baş sponsoru olacağı ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, məlumatda tərəflərin artıq ortaq məxrəcə gəldiyi bildirilib.

Razılığa əsasən, futbolçuların maaşları və komandanın səfər xərcləri SOCAR tərəfindən qarşılanacaq. Əvəzində “Altay”ın formasında şirkətin adı həkk olacaq.

Sponsor məsələsi ilə bağlı açıqlama verən klub prezidenti Yüksel Gürüz sponsor azarkeşlərin səbirli olmasını istəyib: “Klubun içində olan borc bataqlığı hər kəsə məlumdur.

Transfer danışıqları zamanı əlimizin zəifləməməsi üçün büdcəmizin ən böyük gəlir mənbəyi olan sponsorlarımızın adını açıqlaya bilmirik.

Azarkeşlərin həyəcanını başa düşürəm, ancaq indiki məqamda səhv etmək hüququmuz yoxdur. Sponsorlarla münasibətlər rəsmiləşdiyi zaman bu barədə açıqlama verəcəyik”

.1867290 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti