14 illk hekayə bitir - Mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq

30 May 12:00 Türkiyə 186
14 illk hekayə bitir - Mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq

Uruqvaylı qapıçı Fernando Muslera mövsümün sonunda “Qalatasaray”dan ayrılacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə mətbuat konfransında bildirib.

O, sabah İstanbul təmsilçisində sonuncu matçına çıxacağını söyləyib.

Muslera 2011-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışb. O, “sarı-qırmızılar”la 8 dəfə Super Liqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə superkubokun qalibi olub.

İstanbul təmsilçisi mayın 30-da Super Liqanın 38-ci turunda “Başakşehir”i qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti