Ərdoğan “Qalatasaray”ın başqanından soruşdu: “Bu, gedir?” - VİDEO+FOTOLAR

30 May 10:20 Türkiyə 401
Ərdoğan “Qalatasaray”ın başqanından soruşdu: “Bu, gedir?” - VİDEO+FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə çempionu “Qalatasaray”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Görüşdə Türkiyə lideri ilə “Qalatasaray” prezidenti Dursun Özbek və oyunçuların səmimi söhbəti diqqətlərdən yayınmayıb.

Belə ki, qolkiper Muslera öz əlcəklərini, Başır Alper Yılmaz isə formasını Ərdoğana təqdim edib.

Bu zaman Türkiyə Prezidenti Barışı göstərərək “Bu, gedir?” deyə sual verib.

Dursun Özbek isə belə cavablayıb:

“Yox, yox hara gedir?”






Digər Xəbərlər
Xəbər Lenti