"Mənim cəzalandırılmağımı "Qalatasaray"ın formasında qeyd etdi"

13 Mart 2025 00:20 Türkiyə 822
"Mənim cəzalandırılmağımı "Qalatasaray"ın formasında qeyd etdi"

Məlum olduğu kimi, 27 fevralda "Fənərbaxça"nın baş məşqçisi "Qalatasaray"a qarşı irqçiliyi və 4-cü hakimi təhqir etdiyi üçün Türkiyə çempionatında 4 oyunluq diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, Mourinyonun diskvalifikasiyası 4 oyundan 2-ə endirilib. Portuqaliyalı mütəxəssis vəziyyəti belə şərh edib:

"Disiplin komitəsinin rəhbəri mənim cəzalandırılmağımı "Qalatasaray"ın formasında qeyd etdi. Yalnız burada vəziyyətin miqyasını anlaya bilərsiniz."

Türkiyə Futbol Federasiyası, Mourinyoya qarşı "futbolun nüfuzuna zərər vurmaq məqsədi daşıyan bəyanatlar" ilə bağlı şikayət edildiyini açıqlayıb.

Məşqçiyə veriləcək mümkün cəza diskvalifikasiya və cərimə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız