“Ronaldo yaxşı pul qazanır, onu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”

7 Dekabr 2024 22:00 Türkiyə 598
“Ronaldo yaxşı pul qazanır, onu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o bu haqda “Beşiktaş”a qarşı keçiriləcək derbi matçından öncəki mətbuat konfansında danışıb:

“Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur.

Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır.

Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”.

Daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM