İtaliyalı yeni transfer fərqləndi, "Qalatasaray" 63 ildən sonra… VİDEO

12 Mart 2023 10:20 Türkiyə 450
İtaliyalı yeni transfer fərqləndi, "Qalatasaray" 63 ildən sonra… VİDEO

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, lider “Qalatasaray” öz meydanında “Kasımpaşa” ilə üz-üzə gəlib.

Qələbə üçün “sarı-qırmızılar”a 1 qol bəs edib. Yeganə topu 57-ci dəqiqədə Nikolo Zaniolo vurub. Bu, qışda İstanbiul klubuna keçən italyanın ilk rəsmi oyununda ilk qolu olub.

Beləliklə, "Qalatasaray" Super Liqada ardıcıl 14-cü oyunda qələbə qazanıb. Bu, Türkiyə çempionatları tarixində yeni rekorddur. Daha əvvəl 1959/60 mövsümündə "Beşiktaş" ardıcıl 13 qələbə əldə etmişdi.

24 matçda 60 xal toplayan “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı