"Azərbaycan klubu ilə danışıqlar aparırıq" - "Beşiktaş"ın prezidenti

11 Mart 2023 12:40 Türkiyə 1 088
"Azərbaycan klubu ilə danışıqlar aparırıq" - "Beşiktaş"ın prezidenti

Beşiktaş" xeyriyyə matçı keçirmək üçün Azərbaycan klubları ilə danışıq aparır.

Sportinfo.az xəbər verir ki, bunu "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi ötən gün təşkil etdiyi mətbuat konfransında deyib.

O, oyunları mart ayında milli komandaların matçları zamanı yaranan fasilədə təşkil etmək istədiklərini bildirib:

"Almaniya və Azərbaycan klubları ilə xeyriyyə matçı üçün danışıqlar aparırıq.

Oyundan gələn gəlir zəlzələdən zərər çəkən insanlara bağışlanacaq. Zəlzələ bölgəsinə yardım etmək üçün bir çox layihəmiz var".

Yerli çempionatlarda fasilə milli komandaların Avro-2024-ün seçmə mərhələ oyunlarına görə martın sonlarında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti