Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım edib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu təyyarə ilə qardaş ölkəyə yardım göndərib.
Ronaldonun zəlzələ qurbanları üçün qida, çadır, isti geyimlər və tibbi ləvazimatlar yolladığı bildirilib.
Türkiyənin 10 şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 46 mindən çox insan həlak olub.

