Türkiyənin 2-ci liqasının Bəyaz Qrupunda 23-cü turun "Bursaspor"-"Amedspor" oyunundan əvvəl qalmaqal yaşanıb.
Sportinfo,az xəbər verir ki, iki komandanın futbolçuları arasında gərginlik yaranıb.
Təxminən 40 min "Bursaspor" azarkeşi matçı izlədiyi halda, qonaq komandanın fanatları təhlükəsizlik səbəbilə stadiona buraxılmayıb. "Amedspor"un futbolçuları meydana çıxanda tribunalardan "Bursaspor" azarkeşlərinin etirazı ilə qarşılaşıblar.
"Amedspor"un bəzi oyunçularının onlara cavab verməsiylə gərginlik artıb. İki komandanın futbolçuları arasında baş verən əlbəyaxa davaya polis müdaxilə edib. Belədə hər iki komandanın üzvləri paltardəyişmə otağına qayıdıblar.
Qonaqlar soyunub-geyinmə otağına daxil olarkən, tribunadan stadionun mərkəzinə doğri plastik butulkalar atılıb.
Ötən gecə də bir qrup şəxs “Amedspor”un qaldığı hotelin qarşısında fişənglər ataraq millətçi şüarlar səsləndirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb və aidiyyəti şəxslər işdən kənarlaşdırılıb.











