Türkiyə Super Liqasında çıxışını dayandıran klubda daha bir ayrılıq

2 Mart 2023 00:20 Türkiyə 700
Türkiyə Super Liqasında çıxışını dayandıran klubda daha bir ayrılıq

Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilən “Hatayspor”u daha bir legioner tərk edib.

Sportinfo.az xəbər verir ki, Mərakeş yığmasının hücumçusu Ayub Əl-Kaabi Qətərin “Əl-Sədd” klubuna keçib.

29 yaşlı forvard yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.

Əl-Kaabi 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 55 oyuna 26 qol vurub. O, daha öncə “Vidad” (Kasablanka) və “Hebey” kimi klublarda da forma geyinib, Mərakeş yığmasında 36 oyuna 20 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti