"Qalatasaray" növbəti mövsüm üçün hücum xəttinə axtarışları davam etdirir.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin gündəmində olan oyunçulardan biri "Antalyaspor"un hücumçusu Haci Raytdır.
"Sarı-qırmızılar" ABŞ millisinin üzvü üçün Super Liqa klubunu 7,5 milyon avroluq təklif göndərib. Antalyalılar isə 24 yaşlı forvard üçün 10 milyon avro tələb edir.
Tərəflər arasında danışıqlar davam edir.
Haci Rayt "Antalyaspor"a 2022-ci ilin yayında "Sönderjiske"dən transfer olunub. O, komandanın heyətində meydana çıxdığı 17 matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

