“Fənərbaxça” azarkeşlərini stadiona buraxmayacaq - NARAZILIQ

28 Fevral 2023 18:40 Türkiyə 610
“Fənərbaxça” azarkeşlərini stadiona buraxmayacaq - NARAZILIQ

Türkiyə Superliqasının növbəti turunda “Kayserispor”la qarşılaşacaq “Fənərbaxça” problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, kayserililər İstanbul təmsilçisinin azarkeşlərini stadiona buraxmamaq qərarı alıb.

Buna səbəb kimi isə təhlükəsizliklə bağlı çətinliklər göstərilib.

“Fənərbaxça” isə bu gün sosial şəbəkə hesablarından həmin qərarla bağlı etiraz mətni yayıb. Mətndə bildirilir ki, heç bir əsas olmada “Kayserispor” bu cür qərar verib.

Azarkeşlər həmin matça getmək istəyir və komandalarını dəstəkləmək niyyətindədirlər.

Məsələ isə hələ də həllini tapmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti