FOTO: Erməni futbolçunun transferi "Qalatasaray"ı qarışdırdı - Azərbaycana görə

27 Fevral 2023 09:30 Türkiyə 3 776
FOTO: Erməni futbolçunun transferi "Qalatasaray"ı qarışdırdı - Azərbaycana görə

"Qalatasaray"ın erməni əsilli Arsen Zaxaryanı transfer etmək istəməsi Azərbaycanla yanaşı Türkiyədə geniş müzakirəyə səbəb olub.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın bir sıra fanatları azərbaycanlı yoldaşlarının bu keçidi isti qarşılamamasını dəstəkləyirlər.

Əks fikirdə olanlar da kifayət qədərdir.

Moskva "Dinamo"sunun futbolçusunun transferindəki müəmmalar davam etdiyi vaxtda "cimbom"un azarkeşləri arasında qızğın müzakirələr gedir. Xüsusilə "Tvitter"də fanatlar bu məsələyə açıq şəkildə münasibət bildirirlər.

Arseni "Qalatasaray"da görmək istəməyənlər Azərbaycanla dərin münasibətləri bir erməniyə qurban verməyin mənasız olduğunu söyləyirlər. Əks düşərgədəkilər isə başqa arqumentlər gətirirlər.

Həmin paylaşımların bir qismini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti