"Qalatasaray"dan erməni ilə bağlı AÇIQLAMA VERİLDİ

27 Fevral 2023 02:20 Türkiyə 3 558
"Qalatasaray"dan erməni ilə bağlı AÇIQLAMA VERİLDİ

"Qalatasaray" Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın transferi ilə bağlı məsələyə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın mətbuat xidmətinin rəhbəri Köşkün Gülbahar erməni əsilli futbolçu ilə danışıqlar apardıqları ilə bağlı yayılan məlumatlara belə münasibət bildirib:

“Klubda heç kim Arsen Zaxaryanın mümkün transferi barədə müzakirə aparmayıb. Hətta bizdə danışıqların aparılıb-aparılmaması ilə bağlı heç bir məlumat yoxdur".

Türkiyə və Rusiya mətbuatı “Dinamo”nun Ağdərədən Moskvaya köçmüş Zaxaryana görə 15 milyon avro tələb etdiyini iddia edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM