Sabiq "Qalatasaray"lı pulsuz işləməyə razılıq verdi

27 Fevral 2023 01:40 Türkiyə 1 041
Sabiq "Qalatasaray"lı pulsuz işləməyə razılıq verdi

Türkiyədəki güclü zəlzələnin baş verdiyi şəhərlərdən olan İskenderunu təmsil edən eyni adlı klubun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 2-ci Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İskemdurun şəhərindən olan Levent Şahin kluba dəstək məqsədilə komandada pulsuz çalışacaq. 49 yaşlı mütəxəssis "İskenderun"da işləyəcəyi müddət ərzində maaş almayacaq.

Qeyd edək ki, Levent Şahin uzun müddət Türkiyə millisində və "Qalatasaray"da Fatih Terimin köməkçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM