Türkiyə Superliqasında 23-cü turdan təxirə salınmış matçlar keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" "Fənərbaxça" səfərinə yollanıb.
Konya klubu rəqibinə 0:4 uduzub. Emrelinin bu oyunda iştirak etməməsi baş məşqçinin ona şans verməməsi ilə bağlı deyil.
Məsələ burasındadır ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, hər iki tərəf fevralın 6-dan sonra kollektivdə cəlb edilmiş heç bir futbolçunun xidmətindən bu oyunda istifadə edə bilməzdi.
"Fənərbaxça" – "Konyaspor" 4:0
Qollar: Valensiya, 13-pen; 45+6. Kinq, 61. Salai, 78.

