Türkiyə millisinin sabiq yarımmüdafiəçisi klubsuz qaldı

25 Fevral 2023 21:40 Türkiyə 790
Türkiyə millisinin sabiq yarımmüdafiəçisi klubsuz qaldı

“Adana Dəmirspor” yarımmüdafiəçisi Gökhan Törenin müqaviləsinə xitam verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Bu mövsümün əvvəlində Adana klubu ilə müqavilə bağlayan Töre, cəmi 5 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə yığmasının üzvü “Hamburq”, “Rubin, “Beşiktaş”, “Vest Hem” və “Yeni Malatyaspor”da da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM