"Fənərbaxça"nın ulduzu Türkuyəni tərk edir - ONLARLA RAZILAŞDI

24 Fevral 2023 01:30 Türkiyə 1 147
"Fənərbaxça"nın ulduzu Türkuyəni tərk edir - ONLARLA RAZILAŞDI

"Fənərbaxça"nın ulduzu Enner Valensiya mövsümün sonunda komandadan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, Türkiyə Super Liqasının bombardiri olan ekvadorlu hücumçu İstanbul təmsilçisi ilə yayda başa çatan müqaviləsini uzatmayacaq.

33 yaşlı forvardın karyerasını harada davam etdirəcəyi də məlumdur.

Jurnalist Fabristio Romanonun yazdığına görə, təcrübəli qolçu Braziliyanın "İnternasyonal" klubu ilə razılıq əldə edib. O, Cənubi Amerika təmsilçisi ilə 2 illik sözləşmə imzalayacaq.

Enner Valensiya 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir.

Təcrübəli oyunçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 23 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti