Mahir "Konyaspor"da debüt etdi - 5 qol vuruldu, o, tez əvəzləndi

21 Fevral 2023 20:20 Türkiyə 3 026
Mahir "Konyaspor"da debüt etdi - 5 qol vuruldu, o, tez əvəzləndi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da debüt edib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu "Afyonspor"a qarşı yoldaşlıq oyununda meydana çıxıb.

Emreli matça start heyətdə başlayıb və ikinci hissə əvəzlənib.

Qarşılaşma Konya təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş ölkədəki zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayıb.

"Dinamo"ya (Zaqreb) məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti