Klubun idman direktorunun cəsədi dağıntılar altından çıxarıldı

21 Fevral 2023 18:20 Türkiyə 678
Klubun idman direktorunun cəsədi dağıntılar altından çıxarıldı

“Hatayspor”un idman direktoru Taner Savutun ölümü təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisinin cəsədi bu gün dağıntıların altından tapılıb.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Taner Savut zəlzələ baş verən gün “Hatayspor”un futbolçusu Kristian Atsu ilə eyni binada olub. Qanalı yarımmüdafiəçinin cansız bədəni iki gün əvvəl dağıntıların altından tapılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM