Mahir Emreli Super Liqada nə zaman debüt matçına çıxacaq?

21 Fevral 2023 02:40 Türkiyə 543
Mahir Emreli Super Liqada nə zaman debüt matçına çıxacaq?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” fevralın 25-də Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fasilədən sonra Super Liqada ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Emrelinin komandası “Fənərbaxça” ilə üz-üzə gələcək.

Millimizin forvardı İstanbul nəhəngi ilə görüşdə meydana çıxa bilməyəcək. Məsələ burasındadır ki, “Fənərbaxça”ya qarşı görüş fevralın 6-da baş tutmalı idi. Ancaq baş verən faciəyə görə təxirə salınmışdı.

Bu tarixdən sonra isə klublar heyətinə bir neçə futbolçu cəlb edib. Fevralın 6-dan sonra qeydiyyatdan keçmiş yeni transferlərin heç biri bu oyunda meydana çıxa bilməyəcək. Qarşıdakı turda isə Mahir oynayacaq.

​Azərbaycan millisinin 25 yaşlı hücumçunun komandası bu gün "Afyonspor”la yoldaşlıq oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti