Türkiyənin məşhur klubu Süleymanovu transfer etmək istəyir

21 Fevral 2023 01:50 Türkiyə 3 018
Türkiyənin məşhur klubu Süleymanovu transfer etmək istəyir

"Trabzonspor" Rusiya çempionatında diqqətçəkən performans sərgiləyən Timur Süleymanovu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Türkiyə çempionu hazırda "Pari Nijnı Novqorod"da çıxış edən 22 yaşlı forvard üçün hərəkətə keçib.

Rusiya Premyer Liqasında yarışan klubla müqaviləsi iyunun 30-da başa çatacaq Süleymanov "Trabzonspor"a keçmək niyyətindədir. O, bu mövsüm ölkə çempionatında meydana çıxdığı 16 matçda 7 qol vura bilib.

"Lokomotiv"(Moskva) yetirməsi olan Timur “Kazanka”da oynadıqdan sonra 2021-ci ildə “Pari Nijni Novqorod”a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti