Premyer Liqadan 2 futbolçunu transfer etməyi planlaşdırır - "Fənərbaxça"

21 Fevral 2023 00:20 Türkiyə 539
Premyer Liqadan 2 futbolçunu transfer etməyi planlaşdırır -

“Fənərbaxça” Türkiyədə “transfer pəncərəsi”nin martın 5-nə qədər uzadılmasından sonra bir neçə futbolçu ilə danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Pyer-Emerik Aubameyanqı heyətinə qatmaq niyyətindədir. Hazırda “Fənərbaxça” rəsmiləri “Çelsi”ni razı salmağa çalışır.

Türkiyə nəhənginin tək istədiyi legioner qabonlu forvard deyil.

Belə ki, “Fənərbaxça” mövsüm sonunda “Tottenhem”dən ayrılaracaq Lukas Mouranı da heyətinə qatmağı planlaşdırır.

Komandada braziliyalıların sayının çox olması və Jorje Jezus faktorunun Moura transferində önəmli rol oynayacağı ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti