"Qalatasaray” Ağdərə ermənisi ilə müqavilə imzalayır?

19 Fevral 2023 09:20 Türkiyə 1 292
"Qalatasaray” Ağdərə ermənisi ilə müqavilə imzalayır?

"Qalatasaray”ın erməni əsilli rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryanla anlaşdığı iddia olunur.

Sportinfo.az xəbər verir ki, "Cim-Bom"un Moskva "Dinamo"sunda çıxış edən futbolçunun transferi barədə ruslarla ilkin razılıq əldə etdiyi deyilir.

İddiaya görə, İstanbul klubu 19 yaşlı yarımmüdafiəçi üçün 11 milyon avro ödəyəcək. Bu məbləğ hissələrə bölünəcək və ilk ödəniş noyabrda başlayacaq. İki klub arasında müqavilənin yalnız rəsmiləşdirilməsi qalıb.

Arsen Zaxaryanın gələn həftə müqavilə imzalamaq üçün İstanbulda olacağı deyilir.

Arsen Zaxaryan futbolun sirrlərini "Krılya Sovetov"da öyrənməyə başlayıb. O, 2017-ci ildə "Dinamo"ya keçib.

19 yaşlı yarımmüdafiəçi son mövsümdə "Dinamo"nun heyətində 22 oyuna çıxıb, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

İddialara görə, Zaxaryanın əsli Azərbaycan tərəfindən inzibati ərazi vahidi olaraq ləğv edilmiş Ağdərə rayonuna gedib çıxır.

Belə ki, onun atası Norayr Zaxaryan ailəsilə birlikdə 1992-də Qarabağdan Samaraya köçüb.

Ağdərə rayonu inzibati ərazi vahidi olaraq Respublikası Milli Məclisinin 1992-ci il tarixli qərarı ilə ləğv edilib, əraziləri Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölünüb.

Ağdərə 7 iyul 1993-cü ermənilər tərəfindən işğal edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti