Daha 3 klub çempionatda çıxışını dayandırdı

15 Fevral 2023 00:00 Türkiyə 565
Daha 3 klub çempionatda çıxışını dayandırdı

Türkiyənin daha 3 klubu ölkədə baş verən və çoxsaylı insan təlafatı ilə nəticələnən zəlzələyə görə çempionatda çıxışını dayandırıb.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

O, təbii fəlakətdən zərər görmüş şəhərlərin təmsilçilərinin - 2-ci Liqadan “Diyarbakırspor”, 3-cü Liqadan isə “Kahramanmaraşspor”la “Osmaniyespor”un çempionatdan çəkildiyini bildirib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarında mübarizə apara biləcəkər.

Daha əvvəl “Hatayspor” və “Qaziantep”in Superliqada, “Yeni Malatyaspor”la “Adanaspor”un 1-ci Liqada, “Adıyaman”ın 2-ci Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un isə 3-cü Liqada çıxışını dayandırdığı açıqlanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti