İstanbul nəhəngləri “Trabzonspor”un çağırışına qoşuldu - FOTO

14 Fevral 2023 12:00 Türkiyə 661
İstanbul nəhəngləri “Trabzonspor”un çağırışına qoşuldu - FOTO

Avropa Liqasının 1/16 final mərhələsində İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq “Trabzonspor” maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, trabzonlular isveçrəlilərlə oyuna bütün klubların azarkeşlərini dəvət edib.

“Bordo mavililər" həmin qarşılaşmadan gələn bütün gəlirləri zəlzələdən əziyyət çəkənlərə bağışlayacaqlarını açıqlayıb.

“Trabzonspor”un bu təklifinə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”da dəstək olub. Hər 3 İstanbul nəhəngi azarkeşlərini “Bazel”lə matçda “bordo mavi”li olmağa çağırıb.

Fevralın 16-da baş tutacaq matç “TV 8” vasitəsilə canlı yayımlanacaq.

Kanalın sahibi Acın Ilıcalı bu matçın yayımdan əldə olunan gəlirləri də zəlzələ qurbanları üçün ianə edəcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti