Mahiri istəyən "Konyaspor" bu futbolçu ilə yolları ayırdı

14 Fevral 2023 02:50 Türkiyə 1 153
Mahiri istəyən "Konyaspor" bu futbolçu ilə yolları ayırdı

Mahir Emreli ilə müqavilə bağlayacağı gözlənilən "Konyaspor" daha bir futbolçu ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, klub Barış Yardımcı ilə vidalaşdığını açıqlayıb.

2021-ci ildən "Konyaspor"da çıxış edən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Millimizin hücumçusu "Konyaspor"la müqavilə bağlamaq üçün Konyaya gəlib. Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə futbolçu ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti