Səhər oyuna gedəcək deyə forma ilə yatdı, dağıntılar altından tapıldı - FOTO

13 Fevral 2023 01:30 Türkiyə 491
Səhər oyuna gedəcək deyə forma ilə yatdı, dağıntılar altından tapıldı - FOTO

Zəlzələnin episentri olan Kahramanmaraşda dağıntılar altından 119 saat sonra xilas edilən Kamilcan Ağdaş çıxarılarkən əynində “Fənərbaxça” forması olub.

Sportinfo.az xəbər verir ki, 16 yaşlı Kamilcan onu xilas edənlərə "Bu gün hansı gündür?" sualını verib.

Daha sonra isə bildirib ki, zəlzələdən sonrakı gün “Fənərbaxça”nın matçı olacağı üçün forma ilə yatıb.

Zəlzələ faciəsi baş verməsəydi, bazar ertəsi axşam “Fənərbaxça” öz meydanında “Konyaspor”la qarşılaşacaqdı.

Dağıntılar altından forma ilə çıxan Kamilcanla bağlı “Fənərbaxça”nın sosial media hesablarında da paylaşım edilib.

Edilən paylaşımda "Bu gecə 119-cu saatda gözlərimizdə yaşlar, möcüzələrə bir daha inandıq! Qarşıda hələ çox oyunumuz var, səni gözləyirik, Kamilcan" sözləri yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti