35 yaşlı hücumçu daha 1 il "Qalatasaray"da qalacaq

12 Fevral 2023 18:40 Türkiyə 625
35 yaşlı hücumçu daha 1 il "Qalatasaray"da qalacaq

Dris Mertensin "Qalatasaray"dakı gələcəyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, belçikalı ulduz futbolçu daha bir il İstanbul təmsilçisində qalacaq.

"Sarı-qırmızılar" 1+1 illik müqaviləyə qol çəkən 35 yaşlı hücumçunun sözləşməsində yer alan maddəni işə salacaq. Belə olan halda təcrübəli futbolçu 2024-cü ilin yayına kimi Türkiyə klubunda oynayacaq.

Dris Mertens "Qalatasaray2a mövsümün əvvəlində azad agent statusu ilə keçib. Belçika millisinin üzvü "cim bom"un heyətində meydana çıxdığı 22 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti