Cavadın 3 elçisi var - "Fənərbaxça", "Sampdoria" və "Spartak"

1 Yanvar 2023 01:30 Türkiyə 702
Cavadın 3 elçisi var - "Fənərbaxça", "Sampdoria" və "Spartak"

"Valyadolid"in futbolçusu Cavad El Yamiq komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Fənərbaxça", "Sampdoria" və Moskva "Spartak"ı maraqlıdır.

Dünya çempionatında yaxşı performans göstərən futbolçunun qışda La Liqa klubunu tərk edəcəyi gözlənilir.

Cavad El Yamiq "Valyadolid"ə 2020-ci ilin yayında "Cenoa"dan transfer olunub. Təcrübəli oyunçu cari mövsümdə İspaniya klubunun heyətində 8 La Liqa matçında meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti