4 milyon avroluq müdafiəçi transfer etdilər - "Fənərbaxça"

31 Dekabr 2022 00:10 Türkiyə 387
4 milyon avroluq müdafiəçi transfer etdilər -

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"un müdafiəçisi Samet Akaydını transfer edib.

"Sarı-lacivərtlilər" transfer pəncərəsi açıldıqdan sonra keçidi elan edəcək.

"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi üçün Adana klubuna 4 milyon avro ödəyəcək. Təcrübəli oyunçu ilə 3,5 illik müqavilə imzalanacaq. Türk futbolçu illik 16 milyon TL maaş alacaq.

Samet Akaydın cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 16 Super Liqa matçında 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"