"Fənərbaxça"nın qapıçısını istəyir - Avropa nəhəngləri

27 Dekabr 2022 21:40 Türkiyə 651
"Fənərbaxça"nın qapıçısını istəyir - Avropa nəhəngləri

"Fənərbaxça" ilə yeni müqavilə barədə razılığa gələ bilməyən Altay Bayındır mövsümün sonunda komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi ilə danışıqlar müsbət yekunlaşmasa,

24 yaşlı qolkiper karyerasını Avropada davam etdirəcək.

Türkiyə millisinin üzvünün xidmətində "Ayaks" maraqlıdır. Amsterdam təmsilçisi 2023-cü ilin yayında azad agent statusunda olacaq türk qapıçını pulsuz heyətinə cəlb etmək istəyir.

Altay Bayındırla maraqlanan digər klub isə İtaliya "İnter"idir. Qolkiperə əsas heyətdə oynamaq zəmanəti veriləcəyi təqdirdə o, Milan təmsilçisinin təklifini qəbul edəcək.

"Fənərbaxça" Altay Bayındırı 2019-cu ilin yayında "Ankaragücü"dən transfer edib. O, cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində 27 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!