Türkiyə millisinin keçmiş hücumçusu baş məşqçi təyin olundu

22 Dekabr 2022 00:20 Türkiyə 372
Türkiyə millisinin keçmiş hücumçusu baş məşqçi təyin olundu

Türkiyə I Liqasında mübarizə aparan "Altınordu"nun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İzmir təmsilçisini Gökhan Ünal çalışdıracaq.

40 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Bu, Türkiyə millisinin keçmiş üzvü olan Gökhan Ünalın ilk baş məşqçilik karyerası olacaq. O, daha əvvəl "Kayserispor", "Karşıyaka", "Keçiörengücü" və "Sakaryaspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti