"Nə iş gördüyümü özüm də bilmirdim, çünki hansısa bir vəzifə yox idi"

21 Dekabr 2022 10:00 Türkiyə 634
"Nə iş gördüyümü özüm də bilmirdim, çünki hansısa bir vəzifə yox idi"

Rüştü Reçber, Türkiyə Futbol Federasiyasındakı vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, o, istefası ilə bağlı xəbəri özü açıqlayıb:

“Son bir ildə orada nə iş gördüyümü özüm də bilmirdim. Çünki hansısa bir vəzifə yox idi.

Mən TFF-də mümkün qədər xidmət göstərməyə çalışdım. Amma bəzən xidmət edə bilməyəcəyinizi gördüyünüz zamanlar da olur”.

Rüştü Reçber 2019-cu ilin oktyabrında TFF-də UEFA-nın futbolun inkişafı üzrə koordinatorü vəzifəsində çalışmağa başlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti