Super Liqada yeni ayrılıq

5 Dekabr 2022 00:00 Türkiyə 297
Super Liqada yeni ayrılıq

“Adana Dəmirspor” ukraynalı müdafiəçisi Yaroslav Rakitski ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Rakitski bu mövsümün əvvəlindən “Adana Dəmirspor”da çıxış edirdi. 33 yaşlı oyunçu bu komandada cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Rakitski, 12 il ərzində bu komandanın uğurları üçün çalışdıqdan sonra 2019-cu ildə “Zenit”ə üz tutmuşdu.

Mərkəz müdafiəçisi Ukrayna yığmasında da 54 oyun keçirib və 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”