"Fənərbaxça"ya 20 milyon avroluq təklif - Premyer Liqa klubundan

1 Dekabr 2022 10:20 Türkiyə 784
"Fənərbaxça"ya 20 milyon avroluq təklif - Premyer Liqa klubundan

"Lester Siti" müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, 15 Premyer Liqa matçında qapısında 25 qol görən "tülkülər" qış transfer pəncərəsi zamanı müdafiənin mərkəzinə yeni oyunçu cəlb etməyi planlaşdırır.

"Lester Siti"nin əsas transfer hədəfi "Fənərbaxça"da çıxış edən Atilla Salaidir. Premyer Liqa təmsilçisi 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisi üçün Türkiyə klubuna 20 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.

"Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kiprin "Apollon" klubundan transfer edib.

Macarıstan millisinin üzvü cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 25 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti