Ronaldo "Qalatasaray"ın transfer siyahısında yer alırmı?

25 Noyabr 2022 10:00 Türkiyə 474
Ronaldo "Qalatasaray"ın transfer siyahısında yer alırmı?

"Qalatasaray"ın prezidenti Dursun Özbek Kriştiano Ronaldonun transferi barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi portuqaliyalı ulduzun transferinin gündəmdə olmadığını bildirib:

"Hazırda məsələ ilə bağlı dostlarımızla da danışırdım. Ronaldo planlarımızda deyil".

37 yaşlı portuqaliyalı hücumçunun "Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib və o, hazırda klubsuzdur.

Həmçinin "Qalatasaray" azarkeşləri sosial şəbəkələrdə Ronaldonun komandaya gəlməsi üçün çağırışlar edirlər.

Digər Xəbərlər
Xəbər Lenti