Son çempion iki futbolçu ilə müqavilə imzaladı - Türkiyədə

18 Noyabr 2022 00:20 Türkiyə 411
Son çempion iki futbolçu ilə müqavilə imzaladı - Türkiyədə

"Trabzonspor"da 2 yeni müqavilə imzalanıb.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Abdülkadir Ömür və Hüseyn Türkmenin sözləşməsinin müddətini uzadıb.

Hər iki oyunçu ilə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına kimidir. Hüseyin yeni sözləşməyə əsasən illik 10 milyon TL, Abdulkadir isə 20 milyon TL maaş alacaq.

Futbolçuların hər ikisi "Trabzonspor"un yetirməsidir. Müdafiəçi Hüeyin Türkmen 2017-ci ildən, yarımmüdafiəçi Abdülkadir Ömür isə 2016-cı ildən əsas komandada çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti