Merih Demiralı Türkiyə millisinə buraxmadı - "Atalanta"

15 Noyabr 2022 12:00 Türkiyə 367
Merih Demiralı Türkiyə millisinə buraxmadı -

"Atalanta"nın müdafiəçisi Merih Demiral Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, futbolçu klubunun tələbi ilə yığmanın düşərgəsinə qatılmayacaq.

Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı açıqlamada deyilir:

"Atalanta"da forma geyinən Merih Demiral klubunun "Atalanta" - "İnter" matçından sonra göndərdiyi tələbə əsasən FIFA-nın oyunçuların statusu və transfer təlimatının 1-ci fəslinin 1-ci maddəsinin 6-cı bəndinə görə, milli komandanın heyətindən çıxarılıb".

Türkiyə yığması noyabrın 16-sı Şotlandiya, 19-u isə Çexiya ilə yoldaşlıq oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti