Arda Avroliqada ilk qolunu vurdu, anasına həsr etdi: "Səni çox sevirəm"

4 Noyabr 2022 18:40 Türkiyə 378
Arda Avroliqada ilk qolunu vurdu, anasına həsr etdi:

"Fənərbaxça"nın gənc futbolçusu Arda Güler Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Dinamo"ya (Kiyev, Ukrayna) vurduğu qolu anasına həsr edib.

Sportinfo.az xəbər verir ki, bu, həm də 17 yaşlı hücumçunun Avroliqanın qrup mərhələsində ilk qolu olub.

Arda 23-cü dəqiqədə qolu vurduqdan sonra formasını qaldıraraq geyindiyi köynəyi nümayiş etdirib. Köynəyin üzərində "Ana, səni çox sevirəm" ("Anneciğim, seni çok seviyorum") sözləri yazılıb.

Arda görüşdən sonra açıqlamasında bu barədə deyib:

"Anam 2 ay əvvəl ürəyindən əməliyyat olunmuşdu. Ondan sonra futbol oynamaq, buna köklənmək çətin idi. Özümə söz vermişdim ki, ilk qolumu anama həsr edəcəyəm".

"Fənərbaxça" ötən gecə "Dinamo"ya qalib gəlib - 2:0. İstanbul təmsilçisi qrupu lider kimi tamamlayıb və 1/8 finala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti