“Qalatasaray” xorvatiyalı forvardı gündəminə aldı

3 Noyabr 2022 00:10 Türkiyə 398
“Qalatasaray” xorvatiyalı forvardı gündəminə aldı

"Qalatasaray" qışda heyətini xorvatiyalı forvardla gücləndirmək niyyətindədi.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiyanın "Osiyek" klubunda hücumçusu Dion Drena Belyo ilə maraqlanır.

"Vest Hem" və "Sampdoriya"nın da transfer siyahısında yer alan hücumçunun transfer qiyməti 4,5 milyon avrodu.

“Çibalia” yetirməsi olan forvard 2019-cu ildən “Osiyek”də oynayır. Xorvatiyanın U-21 yığmasının forvardı ötən mövsümü icarə əsasında “İstra”ada keçirib.

Digər Xəbərlər
Xəbər Lenti