Premyer Liqadan mərkəz müdafiəçisi alır - "Fənərbaxça"

30 Oktyabr 2022 18:40 Türkiyə 448
Premyer Liqadan mərkəz müdafiəçisi alır -

"Fənərbaxça" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Nottingem Forest"də çıxış edən Loik Mbe Sohdur.

Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

"Sarı-lacivərtlilər" 21 yaşlı mərkəz müdafiəçisi üçün qışda onun klubu ilə danışıq aparacaq. Fransalı oyunçu özü də "Fənərbaxça"da oynamağa isti yanaşır.

Loik Mbe Soh PSJ-nin yetirməsidir. O, 2020-ci ilin yayından "Nonningem Forest"də çıxış edir.

Gənc futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti