Günəş rəsmən "Beşiktaş"da - 1,5 illik müqavilə imzalandı

28 Oktyabr 2022 15:20 Türkiyə 655
Günəş rəsmən "Beşiktaş"da - 1,5 illik müqavilə imzalandı

"Beşiktaş"ın yeni baş məşqçisi rəsmən bəlli olub.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini Şenol Günəş çalışdıracaq.

70 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Təcrübəli çalışdırıcı "Beşiktaş"ın baş məşqçisi postunda iki gün əvvəl istefaya göndərilən Valerien İsmaeli əvəz edib.

Şenol Günəş 2015-2019-cu illərdə "Beşiktaş"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında iki dəfə Türkiyə çempionu titulunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti