Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Beşiktaş" Valerien İsmaellə yollarını ayırıb.
Məlumata görə, İstanbul təmsilçisi 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. "Qara qartallar" fransalı məşqçiyə 450 min avro təzminat ödəyəcək.
Valerien İsmael bu ilin mart ayından "Beşiktaş"ı çalışdırırdı. Komanda 11 turdan sonra 19 xal toplayıb və Super Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

