Üçüncü dəfə eyni məşqçi ilə anlaşdı - Superliqa klubu

25 Oktyabr 2022 18:40 Türkiyə 716
Üçüncü dəfə eyni məşqçi ilə anlaşdı - Superliqa klubu

"İstanbulspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Fatih Tekke ilə anlaşıb.

Onunla beş illik müqavilə imzalanılıb.

Türkiyə millisinin veteran forvardı üçüncü dəfə İstanbul klubuna qayıdıb. Belə ki, 2018-2019 və 2020-2021-ci illərdə Tekke adıçəkilən klubu çalışdırıb.

"İstanbulspor" Super Liqada 10 turdan sonra 8 xalla 16-cıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti